Sumqayıtda koronavirus xəstəsinin toy mərasimində iştirak etməsinin qarşısı alınıb. Bu haqda Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, Babək küçəsində yerləşən "Xəlifə" şadlıq sarayında Saray qəsəbəsi sakini Allahşükür Şükürov yoxlama nəticəsində saxlanılıb. Şükürova ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, o, karantin qaydalarını pozub. Şükürov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun barəsində araşdırma aparılır.