Cüdo üzrə Azərbaycan birinciliyinin ilk yarış günündə idmançılarımız iki medal qazanıb. Bu haqda bu gün, 7 may tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.
Məlumata əsasən, yarış Hövsan qəsəbəsində yerləşən FHN-in İdman Sağlamlıq Mərkəzində keçirilib. Birincilikdə 2008-2010-cu il təvəllüdlü cüdoçular iştirak edib.
Qızlar arasında 52 kq çəki dərəcəsində Milena Hüseynli və oğlanlar arasında Abdullah Kərimov bürünc medal qazanıblar.