Xəzər dənizinin Sumqayıta düşən hissəsində suyun səviyyəsi aşağı düşüb. Nəticədə, suyun altında daş və tullantılar üzə çıxıb. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
“Bulvar” MMC-nin Təmir-tikinti şöbəsinin müdiri Vasif İsmayılovun sözlərinə görə, güclü külək nəticəsində daşların arasına mamır və dənizdən çıxan yosun yığılır. Bu səbəbdən ətrafa sakinləri narahat edən pis qoxu yayılır.
Xoşagəlməz mənzərədən qurtulmaq məqsədilə, həmin daş və tullantıların daşınmasına başlanılıb. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.
İsmayılov əlavə edib ki, təmzlik işləri bulvarın təxminən 3.5 kilometrlik hissəsində görüləcək.