Sumqayıtda yerləşən yataqxananın əsaslı təmirinə başlanılıb. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Hazırda, işlər 15-ci məhəllə ərazisində yerləşən yataqxanada görülür. Təmirə binanın 5-ci mərtəbəsindən start verilib. İlk öncə, hər mərtəbədə xarabalığa dönmüş sanitar qovşaqlar bərpa olunacaq.
Qeyd edək ki, bərpa işləri dövlət tərəfindən maliyyələşdirilir. [modula id="19106"]