Sumqayıtda ağaclar kəsilib, yerində isə obyekt tikilir. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb. Yaşayış binasının 1-ci mərtəbəsindəki mənzilin sahəsi genişləndirilərək təyinatı dəyişdirilib. Ərazinin obyekt kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, tikilinin inşası zamanı 2 irigövdəli (tut və şam) ağac kəsilib.
[modula id="47581"]