Sumqayıt məktəbində inklüziv sinif yaradılacaq. Bu haqda 28 iyul tarixində Təhsil Nazirliyinə istinadən məlumat veririk.
Təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, 2022-2023-cü tədris ilində Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbdə inklüziv sinif təşkil ediləcək.