Sumqayıtda bir nəfər batıb. Sumqayıt24 bu haqda 16 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qurumun "112" qaynar xəttinə, dənizin ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 metr aralıda bir nəfərin batması barədə məlumat daxil olub. Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.