Sumqayıt şəhərində daha bir parkın təmirə ehtiyacı var. Bu haqda bu gün, 18 iyun tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, N. Nərimanov küçəsində yerləşən parkda fəvvarə dağılmış vəziyyətdədir. Sakinlərin sözlərinə görə, fontan illərdir ki işləmir.
Sakinlərin rahat istirahəti üçün parkda otucaqlar mövcud deyil. Bundan əlavə, burada 1 ədəd tullantı qabı var.
Daha öncə, şəhər ərazisində yeni konteynerlərin alınması ilə bağlı imzalanan müqavilə haqda məlumat vermişdik. [modula id="17044"]