Sumqayıtın daha bir məktəbində attestata və təmirə pul yığılır. Bu haqda bu gün, 21 iyul tarixində BakuTV-yə istinadən xəbər veririk.
Hadisə 16 saylı məktəbdə qeydə alınıb. Müəllim Nəcibə Hacıyeva açıq-aşkar “WhatsApp” məsajında bildirir ki, attestatın “ödənişi” 10 manat, summativ 15 manat, təmir pulu isə 7 manat təşkil edir.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdairəsindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Oxşar hal 1 nömrəli məktəbdə qeydə alınmışdır.