Sumqayıt şəhəri ərazisində dəmiryol xətləri yenilənir. Bu haqda bu gün, 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, işlər Tağıyev qəsəbəsində aparılır. Hazırda mövcud olan köhnə relslər çıxarılır. Yenilənmə prosesinin 3 aya yaxın davam edəcəyi gözlənilir.