Sumqayıt şəhərində iməcilik aksiyası keçirilib. Sumqayıt24 bu barədə 11 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
Dənizkənarı ərazidə Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və MKTİB-nin təmizlik departamentinin əməkdaşları burada olan tullantıları toplayıblar. Toplanan tullantılar xüsusi texnika vasitəsilə ərazidən kənarlaşdırılıb.