Sumqayıtda istirahət mərkəzlərinin rəhbərliyi cərimələnib. Sumqayıt24 bu haqda 16 iyul tarixində Report.az-a istinadən xəbər verir.
Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları yoxlamalar aparıblar. Nəticədə, şəhərimizin dəniz sahilində yerləşən 3 istirahət mərkəzinin tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib. Həmin qurğular atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün lazımdır.
İnzibati Xətalar Məcəlləsinin “müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması” maddəsinin tələbini pozduqlarına görə obyektlərin vəzifəli şəxsləri V .Rüstəmli, K. Camalov və R. Tapdıqov barəsində protokollar tərtib edilib.