Sumqayıtda dəniz sahilində yerləşən istirahət mərkəzinin vəzifəli şəxsi cərimələnib. Bu haqda bu gün, 22 iyul tarixində Report-a istinadən xəbər veririk.
İyulun 19-da keçirilən yoxlama zamanı ictimai iaşə obyektlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması, məişət tullantılarının qalaqlanması və çirkab sularının axıdılması faktları aşkar edilib.
İstirahət mərkəzinin vəzifəli şəxsi İ. Quliyev barəsində protokol tərtib olunub.