Sumqayıt bulvarında dənizə çirkab suyun axıdılması ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 27 iyun tarixində Oxu.az-a istinadən xəbər veririk.
Ərazidə aparılan monitorinqlər nəticəsində məlum olub ki, boru xətti qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aiddir.
“Drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb, həmçinin sistemə kənar qoşulmaların mövcudluğunun öyrənilməsi üçün araşdırmalara başlanılıb”, - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.