Sumqayıtda qadını daş parçası ilə öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Məlumata əsasən, Xanəhməd Rüstəmov 2021-ci ilin noyabr ayında oğurluq məqsədilə 76 yaşlı Züleyxa Osmanovanın evinə daxil olub. O, qadının evdə olduğunu bildikdə onun baş nahiyəsinə daş parçası ilə xəsarətlər yetirib, daha sonra isə boğaraq qətlə yetirib.
Hazırda, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.