Sumqayıtda yerləşən “Dekabank” ASC-yə məxsus daşınmaz əmlakın hərracı keçiriləcək. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
Söhbət ləğv prosesində olan banka aid Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 7 ünvanında yerləşən 36,8 kv.m-lik mənzildən gedir. Əmlaklara 21 min manat qiymət qoyulub.
Açıq hərrac noyabrın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də baş tutacaq.