Millət vəkili Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda 11 yanvar tarixində Sumqayıt24 xəbər verir.
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı sakinlərin müraciətlərini dinləyib. Vətəndaşlar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında baş tutan görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Müraciətlərin digər qisminin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.