Sumqayıtda deputat Hicran Hüseynova seçiciləri qəbul edib. Sumqayıt24 bu haqda 5 iyul tarixində onun Facebook hesabına istinadən xəbər verir.
Görüş YAP şəhər təşkilatının inzibati binasında baş tutub. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin etmək məqsədilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı ilə memorandum imzalanıb. Memoranduma əsasən, 41 saylı Sumqayıt birinci seçki dairəsinin ərazisində yaşayan aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
Daha sonra, deputat, "-29" şeirlər kitabının müəllifi, gənc şair Elvin Əlizadə ilə görüşüb. O da, öz növbəsində, kitabını ona hədiyyə edib.
Sonda, fərdi qaydada vətəndaşların, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların müraciət və təklifləri dinlənilib. Məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə aidiyyəti qurumlara göndərilib.