Sumqayıtda deputat Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib. Bu haqda o, öz Facebook səhifəsində məlumat verib.
44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə Milli Məclisin deputatı olan Məmmədli, vətəndaşlarla YAP-ın binasında görüşüb. Qəbula gələnlər işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi, sağlamlıq və s. mövzular üzrə müraciətlər ediblər.
Deputat bəzi məsələləri nəzarətə götürüb və həlli üçün müvafiq addımlar atıb. Seçicilərin digər problemlərini həlli istiqamətində isə, lazımi dövlət strukturlarına müraciətlərlər ünvanlanacaq.