Millət vəkili Müşfiq Məmmədli Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş YAP şəhər təşkilatının binasında baş tutub. Qəbul zamanı sakinlər məişət, məşğulluq, sağlamlıq və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Növbəti qəbulda iştirak etmək istəyən vətəndaşlar sosial şəbəkə vasitəsilə və ya (050) 277 96 84 nömrəsi ilə əlaqə saxlaya bilərlər.