Corat qəsəbəsində deputat Hicran Hüseynova şəhid ailəsini və müharibədə yaralanmış qazini ziyarət edib. Bu barədə 3 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Şəhid kapitan Anar Heydərovun ailə üzvləri və qazi Elşad Məmmədovla görüşdə İcra başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvaris Əliyev və müavini Mehrab Əliyev də iştirak ediblər.
Millət vəkili Hicran Hüseynova şəhid ailəsinin gündəlik qayğıları ilə, daha sonra isə qazimizin səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.