Deputat Müşfiq Məmmədli istedadlı gənc yazar ilə görüşüb. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində deputatın Facebook səhifəsinə istinadən xəbər verir.
Görüş Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında baş tutub. İlk öncə Müşfiq Məmmədli, bu günlərdə işıq üzü görmüş "-29” şeirlər kitabı münasibətilə şair Elvin Əlizadəni təbrik edib. O, isə, öz növbəsində, kitabını deputata hədiyyə edib.