Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşlarla görüş keçirib. Sumqayıt24 bu haqda bu gün, 4 mart tarixində komitənin rəsmi saytına istinadən xəbər verir.
Görüş Heydər Əliyev mərkəzində baş tutub. Mübariz Qurbanlı şəhərimizdən və Qubadlı rayonundan olan vətəndaşları qəbul edib.
Burada səsləndirilən müraciətlər cavablandırılıb. Qaldırılan bəzi məsələlər yerindəcə həll edilib, digərlərinin araşdırılıb həll edilməsi üçün isə yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.