Bakı-Sumqayıt qatarlarının hərəkət qrafikində dəyişiklik edilib.
Sumqayit24.az xəbər verir ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.
Qeyd edək ki, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Bununla da ardıcıl dörd gün – iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.