top
“Direktorun otağında görüş keçirmək etik sayılmaz” — Deputatdan SƏRT REAKSİYA
03 mart 2025, 02:00
- ↺ +

“Direktorun otağında görüş keçirmək etik sayılmaz” — Deputatdan SƏRT REAKSİYA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkədə gənc deputatlardan birinin orta məktəb direktorunun otağında görüş keçirməsi barədə paylaşım edilib. Bildirilib ki, o, məktəb rəhbərliyinin masasında əyləşərək seçicilərini qəbul edib.

Paylaşım şəbəkə izləyiciləri tərəfindən ciddi müzakirəyə səbəb olub. Hər kəs deputatı əməlinə görə tənqid edib və bildirib ki, nə zamandan bəri məktəb rəhbərinin kabineti deputatla seçici üçün görüş otağı olub?! Bir qism isə “yəqin ona görüş üçün otaq ayrılmayıb, ona görə bu addımı atıb” deyə məsələyə reaksiya verib.

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları adətən deputatlara seçiçilərlə görüş yeri üçün məkan ayırır:

“Mən bilmirəm, burda konkret hansı deputatdan söhbət gedir. Görüş yeri üçün çətinlik çəkən kim olub. Amma onu bilirəm ki, məsələn, Yeni Azərbaycan Partiyasından seçilən deputatlar görüşlərini YAP-ın ərazi təşkilatlarında keçirirlər. Orda hər deputata otaq ayrılır. Bu, birmənalı şəkildə YAP-ın bütün rayon təşkilatlarına şamil edilir. Məsələn, mən Sumqayıtdan seçilən deputatam. Oranın 6 deputatı var. 4 millət vəkili  Sumqayıt YAP təşkilatında yerləşmişik. Bilirəm ki, digər iki deputatı da icra başçısı yerlə təmin edib.  Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov bitərəf deputat, həmkarım Səbinə Salmanovaya Beynəlxalq Muğam Mərkəzində rahat yer ayırıb ki, seçiciləri ilə görüşə bilsin. Digərləri isə hansı ərazinin deputatıdırsa, oranın icra başçıları da həmin ərazidən seçilən millət vəkillərinə müvafiq  dairə, ərazi ayırmalıdır, yəqin ki də, ayırıb. Düşünmürəm ki, hansısa ərazidə deputata qarşı etinasızlıq ola bilər”.

Görüşün məktəbdə keçirilməsinə isə millət vəkili belə münasibət bildirdi:

“Bəlkə o deputat həmin məktəbə baxış üçün gedib. Biz də belə görüşlərə gedirik. Məsələn, Zeynalabdin qəsəbəsi mənim seçildiyim ərazidədir. Ona görə görüşün birini ora təyin edirəm, digərini Xəzər massivinə. Bu o demək deyil ki, seçicilərin problemlərini dinləmək üçün ora gedirəm. Ola bilər, ona da həmin məktəblə bağlı müraciət olunub və seçicilərini orda görüb. Yəni bu məsələ dəqiqləşdirilmədiyi üçün fikir bildirmək doğru deyil. Amma yox, deyilənlərin əksidirsə,  məktəbdə, xüsusilə də direktorun otağında görüş keçirilməsi doğru deyil. Hər halda deputatın özünün bir dairəsi, bir hücrəsi olmalıdır ki, gələn seçiciləri rahat şəkildə qəbul eləsin. Məktəb direktorunun otağı onun özünə aid olan bir otaqdır. Bunu düzgün saymıram.  Direktorun otağında görüş keçirmək, məncə, etik sayılmaz”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər