Sumqayıtda “DOST” Mərkəzi yaradılacaq. Sumqayıt24 bu barədə AzTV-yə istinadən xəbər verir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev telekanalda çıxış edib. Nazir bildirib ki, hazırda DOST şəbəkəsi Bakı şəhəri və Abşeron rayonunu əhatə edir. Lakin Sumqayıt şəhərində də həmin mərkəzin yaradılması ilə bağlı işlər aparılır.