Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yeni tamaşa hazırlanır. Bu haqda bu gün, 31 mart tarixində teatrın Facebook hesabına istinadən xəbər veririk.
“Xəzinə” adlı tamaşa Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı-ssenarist Hafız Ataxanlı tərəfindən ərsəyə gəlib. Tamaşanın rejissoru Xalq artisti, Teatrın baş rejissoru Firudin Məhərrəmlidir.
Səhnədə əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Habil Xanlarov, Yalçın Səlimov, Siyavuş Mahmudov, Cavanşir Eyyubzadə, Vəfa Qurbanova, Ümid Abbas, İlahə Səfərova, Şəmistan Süleymanlı, Aynur Hümmətova, Məryəm Hüseynli, Kamran Muradlı, Rövşad İlyasov, Etibar Əmirov və Orxan Firudinov çıxış edirlər.
Əsər 9 və 10 aprel tarixlərində ilk dəfə geniş tamaşaçı kütləsinə təqdim ediləcək.