Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Sumqayıt24 bu haqda mərkəzin Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ekskursiyada Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri olub. Burada onlara müxtəlif videoçarxlar nümayiş olunub, mərkəzin hər bir guşəsi haqda ətraflı məlumat verilib.