Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və Dövlət Məşğulluq Agentliyi arasında görüş keçirilib. Sumqayıt24 bu haqda agentliyə istinadən xəbər verir.
Görüş zamanı, işəgötürənlərə agentliyin fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verilib. Rezidentlər sözügedən proqram və layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Tədbir əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.