Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Sumqayıtda qəbul keçirib. Sumqayıt24 bu haqda Dma.gov.az-a istinadən xəbər verir.
Sədr Mustafa Abbasbəyli ilə görüşə şəhərimizdən, həmçinin Abşeron və Xızı rayonlarından olan ümumilikdə 20-ə yaxın vətəndaş qatılıb. Səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və digər məsələlərlə bağlı olub.
Sakinlərin sualları cavablandırılıb, müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.