Sumqayıtlı Əməkdar artist Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu haqda bu gün, 20 iyul tarixində Qafqazinfo-ya istinadən xəbər veririk.
Dövlət Pantomima Teatrının 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırıb, və qurumun iddiası təmin olunub.
Teatrın səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün, Bakı Kommersiya Məhkəməsi onun ölkədən çıxışını müvəqətti məhdudlaşdırılıb.