Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” qeyd olunub. Bu haqda bu gün, 1 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdən öncə hərbçi tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərkəzin direktoru Gülşən Ömərova qonaqları, valideynləri, müəllimləri və məzunları təbrik edib və gənclərə gələcəkdə uğurlar arzulayıb. Daha sonra mərkəzin təlim-tədris prosesində, ictimai işlərdə, müsabiqələrdə uğurla iştirak edən bir qrup tələbə Fəxri fərmanla təltif edilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, ASAN Xidmət Mərkəzi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Heydər Əliyev Mərkəzi, Sumqayıt Tarixi Muzeyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.