Bir qrup dövlət qulluqçusu peşə bayramı münasibətilə mükafatlandırıb. Bu haqda bu gün, 23 iyun tarixində Sumqayıt24 sosial şəbəkələrə istinadən xəbər veririk.
Sumqayıt ŞİH-in əməkdaşı Nazim Qənbərov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, ŞİH-in mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və digər əməkdaşlar Fəxri fərmanla təltif edilib. Mükafatları icra başçısı Zakir Fərəcov təqdim edib.
Dövlət qulluqçuları “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.