Sumqayıtda vətəndaş qəbulu keçirilib. Sumqayıt24 bu barədə 21 oktyabr tarixində xəbər verir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov sakinlərlə görüşüb. Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, əlillik müddəti, işlə təmin edilmə və əlilliyin gücləndirilməsi ilə bağlı müraciətləri dinlənilib. Bir sıra məsələlər yerindəcə həll olunub. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb.