Sumqayıt Dövlət Dram Teatrında “Narkoman” tamaşası nümayiş etdiriləcək. Bu haqda bu gün, 9 iyun tarixində Sumqayıt24 xəbər verir.
"Narkoman" psixoloji dramı Xalq artisti Kamran Quliyevin yozumunda təqdim olunur. Tamaşanın quruluşçu rəssamı isə Əbülfəz Axundovdur.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tamaşa bu gün, saat 15:00-da adiçəkilən teatrda səhnələşdiriləcək.