Sumqayıt Dövlət Dram Teatrında gənclər üçün “Narkoman” adlı teatr tamaşası nümayiş olunub. Bu haqda bu gün, 10 iyun tarixində Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Tədbir “Narkotiksiz gənclik” adlı rəsm sərgisinə baxışla başlayıb. Daha sonra teatrın gənc aktyorlarının ifasında “Narkoman” tamaşası təqdim edilib. Tədbirin keçirilməsində məqsəd gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam gənc nəslin yetişdirilməsidir.
Gənclərlə birgə Millət Vəkili Müşfiq Məmmədli, İH başçısının birinci muavini Teymur Səmədov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tamaşanı izləyiblər.
Teatın bir qrup gənc əməkdaşı uğurlu fəaliyyətlərinə görə şəhər Gənc və İdman baş idarəsinin Fəxri fərmanları ilə təltif olunub.