"Bir gecənin nağılı" adlı pyes yaxın zamanlarda Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində Azpress.az-a istinadən xəbər verir.
Məlumata əsasən, hazırda əsərin oxu məşqlərinə başlanılıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva pyesin quruluşunu verir. Baş rolları Elay Xasıyev və Məryəm Hüseynli canlandıracaqlar.
Rövşən Ağayevin ssenari müəllifi olduğu əsərin təqdimatı may ayının sonunda gözlənirilir.