"Sumqayıt" FK-nın oyunçuları "E-Milli Liqa"sında iştirak edəcək. Sumqayıt24 bu haqda bu gün, 3 iyun tarixində klubun sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata əsasən, püşkatma nəticəsində komandamızın turnirin 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Klub "Standard"la üz-üzə gələcək.
Əli Gözəlzadə və Fərid Quliyevin təmsil etdiyi komandamız çıxış etdiyi "E" qrupunda 2 qələbə və 1 heç-heçə əldə edərək, 7 xalla qrup ikincisi olub.