top
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi 
18 iyun 2025, 05:24
- ↺ +

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.

Sumqayit24.az xəbər verir ki, bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər.

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.

Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.

Mobil tətbiq mərhələli şəkildə təkmilləşdiriləcək. Belə ki, tətbiqin növbəti versiyasında hüquqi şəxslər üçün arayışların elektron təqdim olunması, fiziki və hüquqi şəxslərin icra işlərinə dair ödənişlərinin onlayn şəkildə tətbiq vasitəsilə həyata keçirilməsi, ödəniş tarixçəsinə və qalıq borca nəzarət edilməsi funksionallıqları istifadəyə veriləcək.

“Mobil icra” tətbiqi “Elektron icra” informasiya sisteminin məlumat bazası üzərindən fəaliyyət göstərir".

Qeyd edilib ki, 2025-ci ilin birinci yarısında “Elektron icra” informasiya sistemi də təkmilləşdirilərək, yeni funksionallıqlar əlavə edilib, digər sistemlərlə inteqrasiyalar genişləndirilib, informasiya sisteminin avtomatlaşdırma səviyyəsi yüksəldilib. Bu təkmilləşdirmələr məhkəmə və digər orqanların qərarlarının icrasında səmərəliliyin və şəffaflığın artırılmasına şərait yaradıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər