Əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91%-dir.
Sumqayıt24 Report.az-a istinadən xəbər verir ki, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll”un təşkili üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul-15 avqust tarixlərində yerli respondentlər arasında sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 81%-i dövlət başçısının idarəçiliyini ciddi şəkildə, 10%-i nisbətən dəstəklədiyini, 5%-i isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4%-i suala cavab verməkdə çətinlik çəkib.