Fövqəladə Hallar Nazirliyinin maarifləndiriсi tədbirləri davam edir. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
Qurumun Dövlət Yanğın Nəzarəti Xidməti mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində görüş keçirilib.
Burada fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydalarından danışılıb. Habelə FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib.
Sonda suallar ətraflı cavablandırılıb.