Bakı-Sumqayıt "Ekspres" qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində Azərbaycan Dəmir Yolları (ADY) istinadən xəbər verir.
Bu, həftəiçi əlavə olaraq gündəlik 1000-dən çox sərnişinin təhlükəsiz mənzilbaşına çatdırılması deməkdir. “Ekspres” qatarları heç bir aralıq dayanacaq və stansiyada dayanmadan gündə 2 dəfə Bakıdan Sumqayıta və əks-istiqamətdə hərəkət edir.