Sumqayıtda əlilliyi olan şəxslər və qazilər üçün yoqa təlimləri təşkil edilib. Bu haqda bu gün, 15 aprel tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə istinadən xəbər veririk.
Məlumata əsasən, Sumqayıt Reabilitasiya Mərkəzində “Orijinal yoqa ilə nəfəs meditasiyası və rahatlama texnikası” təlimi təşkil edilib. Təlim Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilib.