Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib. Bu barədə yanvarın 28-i Sumqayıt24 xəbər verir.
Görüşdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsilhaqqı, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.