Ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb. Sumqayıt24 bu haqda 15 mart tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən Sumqayıt şəhərində nəzarət tədbirləri keçirilib. Nəticədə iki marketdə nöqsanlar tapılıb:
"Elmar" market (21-ci məhəllə)
- Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı.
"Yeni" market (9-cu mikrorayon)
- Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
- Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq.
Faktlarla bağlı qanunauyğun tədbirlər görülüb.