Uzun müddən Sumqayıtda çalışmış Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) dünyasını dəyişib. Bu haqda 2 fevral tarixində Sumqayıt24 xəbər verir.
Media işçisi uzun sürən xəstəlikdən sonra vəfat edib. 2001-2013-cü illərdə Sumqayıtda fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Rəhman uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bir neçə kitabın müəllifi olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ona Əməkdar jurnalist fəxri adı verilib.