top
Emin Əmrullayev yeni təyin olunmuş məktəb direktorları ilə görüşüb
04 mart 2026, 11:29
- ↺ +

Emin Əmrullayev yeni təyin olunmuş məktəb direktorları ilə görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Sumqayit24.az xəbər verir ki, nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.

Elm və təhsil naziri direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.

Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib.

Nazir bildirib ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır.

Daha sonra elm və təhsil naziri məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirə şəraitində davam etdirilib və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilib, həmçinin məktəb rəhbərlərinə gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər