25-26 avqust tarixlərində keçirilən “2021 Enactus Azərbaycan Milli Yarışı”nda Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri 2-ci yeri tutublar. Bu haqda Azərbaycan Gənclər Fondu məlumat yayıb.
Sumqayıt komandası birincilikdə 101 xal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetini (94 xal) geridə qoyublar. 1-ci yer sahibi Bakı Ali Neft Məktəbi (124 xal) 14-21 oktyabr tarixlərində baş tutacaq Enactus Dünya Kubokunda iştirak edəcək.
Yarış Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi, Enactus Azərbaycanın birgə təşkilatçılığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilmişdir.