Energetika naziri Pərviz Şahbazov Sumqayıt sakinlərini qəbul edib.
Sumqayit24.az xəbər verir ki, görüş müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil olunub. Nazir Pərviz Şahbazov qəbul zamanı Sumqayıt, Bakı şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpa olunan enerji ilə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.