Sumqayıtda yerləşən “Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirilib. Bu haqda bu gün, 25 iyun tarixində Sumqayıt24 FHN-in saytına istinadən xəbər verir.
“Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda təlim yanğından Mühafizə İdarəsi tərəfindən təşkil edilib. Tədbiri keçirməkdə məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması olub.
Təlimə Sumqayıt şəhərinin Yanğından Mühafizə hissə və bölmələrinin qüvvələri cəlb olunublar.